Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib

Tokio, 11 avqust , /AJMEDIA/

Rusiya 47 ildən sonra ilk dəfə su mənbəyi axtarmaq üçün Aya kosmik gəmi göndərib.
AJMEDIA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) paytaxt Moskvanın 5 min kilometr şimalındakı “Vostoçnıy” kosmik stansiyasından “Luna-25” kosmik gəmisini daşıyan “Soyuz 2.1V” raketini buraxıb.
“Luna-25” uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olub. Kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılıb.
Roskosmosun rəhbəri Yuri Borisov qarşıdakı illərdə də Aya kosmik gəmilərin göndərilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts