Rus Dram Teatrı balaca tamaşaçıları yaddan çıxarmır

Tokio, 21 yanvar , /AJMEDIA/

Yanvarın 22-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts