Rumıniya mediası Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Tokio, 17 sentyabr, /AJMEDIA/

Rumıniyanın önəmli xəbər agentlikləri Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisini geniş şəkildə işıqlandırıb.

AJMEDIA-nın məlumatına görə, “GSP”, “G4media”, “Pitstop”, AGERPRES xəbər agentlikləri paytaxtımızın 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi etdiyini və pilotların Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurduğunu yazıb. Bildirilib ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri bu yarışda birinci yeri tutub, Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü olub.

Həmçinin 13 sentyabrda keçirilmiş ikinci sərbəst yürüşdə “Ferrari” ilə yarışan monakolu Şarl Leklerin finiş xəttinə digər pilotlardan əvvəl çatdığı bildirilib. Leklerin bir gün əvvəlki sıralama turunda da ən yaxşı nəticəni əldə etdiyi qeyd edilib.

Azərbaycanın bu il səkkizinci dəfə Formula 1 yarışlarına ev sahibliyi etdiyi və Bakı Şəhər Halqasının 2026-cı ilə qədər təqvimdə qalacağı vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts