Tokio, 23 dekabr , /AJMEDIA/
Seçkilərlə əlaqədar 6 milyon 524 min 203 bildiriş çap olunacaq. İşğaldan azad edilmiş ərazilərdə bildirişlərə təbrik hissə də əlavə olunacaq.
AJMEDIA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın dekabrın 23-də keçirilən iclasında deyib.
R.Qasımov bildirib ki, seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, 2024-cü il prezident seçkilərinin yeri və vaxtı barədə bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası artıq təsdiq edilib.