Tokio, 28 oktyabr, /AJMEDIA/
Rotterdamda Prezident İlham Əliyevin irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində keçirilmiş “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh və təhlükəsizlik şəraitində öz yurdlarına qayıtması hüququnun, eləcə də Zəngəzur dəhlizinin açılmasının regiona sosial-iqtisadi təsirlərinin beynəlxalq arenada təbliği” adlı konfransdan sonra diaspor fəalları iclas keçiriblər.
AJMEDIA xəbər verir ki, “Qarabağ” klubunun mənzil-qərargahında keçirilən iclasda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov BAK-ın yol xəritəsi haqqında ümumi məlumat verib. O, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məntiqli siyasətin səmərəli bəhrəsindən, vəd olunmuş Qərbi Azərbaycana Qayıdışla bağlı perspektivlərdən danışıb.
Sonra qarşıdan gələn ildə Qərbi Azərbaycana Qayıdışla bağlı fəaliyyət proqramı müzakirə olunub. Keçiriləcək tədbirlərin formatı ilə bağlı fikir mübadiləsi aparılıb.