Rotavirus əsasən 5 yaşınadək uşaqlar arasında yayılır

Tokio, 23 aprel , /AJMEDIA/

Hər il yaz aylarında uşaqlar arasında rotavirus adlanan infeksion xəstəlik yayılır və əsasən 5 yaşınadək uşaqlar arasında özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır.
AJMEDIA xəbər verir ki, həkim-pediatr Əkbər Quliyev deyib: “Uşaqlarda qusma, ishal baş verdikdə, su, maye itkisi çox olanda valideynlər həkimə müraciət etməlidirlər, çünki xəstəliyin orta və ağır dərəcəsində orqanizmdə itirilən maye damar yoluna müdaxilə edilməklə bərpa olunur. Xəstəliyin yüngül dərəcəsində isə dərman preparatları ilə dəstəkləyici müalicə aparılır”.
Mütəxəssislər bildirirlər ki, uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yaranır. Bunun nəticəsində növbəti yoluxmalarda xəstəlik nisbətən daha yüngül keçir.
Həkim-infeksionist Könül İsmayılovanın verdiyi məlumata görə, rotavirusun digər bir adı da “bağırsaq qripi” olsa da, əslində onun qriplə heç bir əlaqəsi yoxdur, tam başqa bir virusla törənən xəstəlikdir. Onun bir həftə ərzində yoluxdurucu olması mümkündür, lakin normal davam edəndə tezliklə sağalmaq olur. İnkubasiya dövrü 4 saatdan başlamış bir neçə günə qədər davam edə bilər.
Rotaviruslar əsasən həm çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzi hallarda isə hava-damcı yolu ilə yayılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts