“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Tokio, 30 iyun , /AJMEDIA/

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) nümayəndə heyəti iyunun 25-dən 29-dək “İbrət Fərzəndləri” (İbrat Farzandlari) qeyri-hökumət təşkilatının dəvəti ilə “Beynəlxalq Gənclər Festivalı-2024”-də iştirak etmək üçün Özbəkistanda səfərdə olub.

AJMEDIA xəbər verir ki, RHİMİB sədri Arzu Bağırova festivalın açılış mərasimində Özbəkistanın “Gənclər İşləri Agentliyi”nin rəhbəri Əlişir Sadullayev və Türkiyənin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu ilə görüşüb, RHİMİB-nin 6 illik fəaliyyətinə dair xüsusi nəşri onlara təqdim edib.

26 iyunda RHİMİB ilə “İbrət Fərzəndləri” arasında gələcəkdə ortaq fəaliyyətə dair Anlaşma imzalanıb.

Anlaşmaya əsasən hər iki ictimai birlik təhsil, elm, maarif, mədəniyyət sahəsində gənclər arasında əməkdaşlığının inkişafına töhfələri ilə çıxış edəcək.

Tərəflər təhsil, elm, maarif və mədəniyyət üzrə yeni tədbirlər, layihələr həyata keçirərək mövcud əlaqələrin inkişafına çalışacaqlar.

Anlaşmanı RHİM İB-nin sədri Arzu Bağırova və “İbrət Fərzəndləri”nin sədri Rüstəm Qoriyev imzalayıblar.

Daha sonra RHİMİB-in Özbəkistandan olan fəxri üzvü, tanınmış jurnalist, “Qalampir.uz” saytının qurucu-baş redaktoru Qamariddin Şayxovla görüşən Arzu Bağırova Özbəkistan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi mövzusunu müzakirə edib.

Səfər ədəbiyyat, mədəniyyət, sənətlə bağlı tədbirlərin, müxtəlif layihələrin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşlərlə zəngin olub.

Görüşlərdə RHİMİB layihələr koordinatoru Nilufər Lətif və Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) İdarə heyətinin üzvü Şohista Ortiqova Kamranlı da iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts