REAL TV dünyanın 50-dən çox media qurumunun daxil olduğu ENEX platformasına qoşulub (VİDEO)

Tokio, 9 Oktyabr, /AJMEDIA/

REAL TV dünyanın 50-dən çox nüfuzlu media qurumunun daxil olduğu ENEX platformasına qoşulub.

AJMEDIA xəbər verir ki, ENEX-də Real Televiziyasının “Dəmir yumruq” adı altında təqdimatı olub. Təqdimatda dünyanın media nəhənglərinə REAL TV barədə məlumat verilib.

Qeyd edək ki, ENEX-də Norveç, Danimarka, Almaniya, Böyük Britaniya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrin nüfuzlu media qurumları təmsil olunur.

Real Televiziyası ENEX-lə əməkdaşlıq çərçivəsində Azərbaycanda baş verən mühüm hadisələri, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərini və digər mühüm xəbərləri ENEX platforması vasitəsilə dünya mediasına çatdıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts