Tokio, 8 iyun , /AJMEDIA/
“Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem “Real Madrid” klubuna keçib.
AJMEDIA xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2029-cu ilədək müqavilə imzalanıb. Madrid təmsilçisinin “Borussiya” klubuna 103 milyon avro ödəyəcəyi açıqlanıb.
Cari mövsüm futbolçu Almaniya təmsilçisinin heyətində 31 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.