Tokio, 13 dekabr, /AJMEDIA/
Futbol üzrə İspaniya La Liqasının 17-ci turunun mərkəzi görüşü keçirilib.
AJMEDIA xəbər verir ki, iki Madrid təmsilçisi – “Real” klubu “Santiaqo Bernabeo”da “Atletiko”nu qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. “Real”ın heyətində Kərim Benzema və Marko Asensio fərqləniblər.
Bu qələbə sayəsində xal ehtiyatını 42-yə çatdıran “Real” turnir cədvəlində liderliyini davam etdirir. “Atletiko” isə 29 xalla dördüncü yerdə qərarlaşıb.
Cari mövsüm zəif oyunu ilə diqqət çəkən “Barselona” növbəti dəfə xal itkisi ilə üzləşib. Kataloniya təmsilçisi səfərdə “Osasuna” komandası ilə heç-heçə edib.