Rafael Fiziyev braziliyalı UFC idmançısını döyüşə dəvət edib

Tokio, 10 iyul, /AJMEDIA/

UFC-də çıxış edən azərbaycanlı idmançı Rafael Fiziyev braziliyalı Çarlz Oliveyranı döyüşə dəvət edib.

AJMEDIA xəbər verir ki, 32 yaşlı idmançı sosial şəbəkədə Oliveyranın bu ilin sonlarında oktaqona qayıtmaq planları ilə bağlı paylaşıma münasibət bildirib. O, tanınmış ulduzla döyüşmək istədiyinə işarə edib.

Qeyd edək ki, Rafael Fiziyev UFC-də 17 döyüş keçirib, onların 13-də qalib gəlib. Çarlz Oliveyranın isə ümumilikdə 46 döyüşdə 35 qələbəsi var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts