Rəşad Nəbiyev: Aviasiya sektorunda təşəbbüslərimizə süni intellektdən istifadə daxildir

Tokio, 12 iyun , /AJMEDIA/

Müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyi və koordinasiyasında qeyri-sabitliyə səbəb olur.

AJMEDIA xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxış zamanı deyib.

Onun sözlərinə görə, sənayenin 2050-ci ilə qədər net sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə məsuliyyət yaradır.

“Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90 faizinə nəzarət edən CANSO üzvləri davamlı və təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə və birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər. Azərbaycan CANSO ilə əməkdaşlığını daha da genişləndirməkdə maraqlıdır. Hədəfimiz regional səviyyədə qonşu ölkələrlə əməkdaşlığımızı birgə layihələr vasitəsilə genişləndirmək, hava məkanının səmərəliliyini və təhlükəsizliyini yüksəltməkdir. Təşəbbüslərimizə, həmçinin aviasiya sektorunda rəqəmsal transformasiyada qlobal tendensiyalara uyğun olaraq hava nəqliyyatı trafikini optimallaşdırmaq və idarə etmək üçün böyük verilənlər və süni intellekt kimi texnologiyalardan istifadə daxildir”, – deyə Rəşad Nəbiyev qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts