Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib

Tokio, 14 may , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkiləri ilə bağlı səsvermədə iştirak edib.
AJMEDIA xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib.
Qeyd edək ki, Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Türkiyədəki seçkilər bütün dünyada, xüsusən Azərbaycanda böyük maraqla izlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts