Tokio, 10 noyabr, /AJMEDIA/
“Rusiyanın iki pilotsuz uçuş aparatı (PUA) Moldovada qəzaya uğrayaraq ölkənin hava məkanını pozub”.
AJMEDIA xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixail Popşoy X sosial şəbəkəsində məlumat verib.
“Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün istifadə edilən iki Rusiya PUA-sı bu gün Moldovada qəzaya uğrayaraq Moldova vətəndaşlarının həyatını təhlükəyə atıb və hava məkanımızı pozub”, – deyə nazir qeyd edib.
Popşoy əlavə edib ki, Moldova bu təcavüzkar işğalları qətiyyətlə pisləyir və Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini bir daha pisləyir.
Noyabrın 9-dan 10-na keçən gecə Rusiya yenidən dronlarla Ukraynaya hücum ediblər. Müdafiə qüvvələrinin səhər saatlarına olan məlumata görə, 62 pilotsuz uçan aparatı vurulub.
Ümumilikdə 145 PUA buraxılıb. Qeyd olunur ki, Rusiyanın 10 PUA-sı Moldova, Belarus və Rusiya Federasiyası istiqamətində Ukraynanın hava məkanını tərk edib.