Rəngkarlıq Muzeyində növbəti mühazirə feminist arxeologiyasına həsr olunacaq

Tokio, 9 sentyabr , /AJMEDIA/

Sentyabrın 14-də XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçiriləcək.

AJMEDIA xəbər verir ki, mühazirədə paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs ediləcək. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışılacaq, hipotez və paradiqmalar təhlil ediləcək.

Azərbaycan dilində aparılacaq mühazirədə hər kəsin iştirak etmək imkanı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts