Rəhman Hümmətov: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı böyük həcmli işlər həyata keçirilir

Tokio, 21 dekabr , /AJMEDIA/

Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi ilə bağlı qərar qəbul edilib və bu işlər yekunlaşmaq üzrədir.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın illər üçün infrastrukturla bağlı bir sıra qərarlar var.

“Bizim dəmir yolları ilə bağlı da müəyyən məqsədlərimiz var. Zəngəzur dəhlizinin yaradılması ilə bağlı böyük həcmli işlər həyata keçirilir. Azərbaycan son 20 il ərzində logistika sahəsində genişhəcmli işlər görüb. Məhz bunun sayəsində biz bu gün müxtəlif istiqamətlərdə yükdaşımaları həyata keçiririk. Gələcək üçün nəzərdə tutulan infrastrukturla bağlı həllər məqsəd kimi qarşımıza qoyulub. Bu infrastruktur layihələri deyildikdə, sərhəd-keçid məntəqələrinin inkişafı ilə bağlı məsələlər, digər tərəfdən əsas yükdaşıyıcı olan “Azərbaycan Dəmir Yolları” QSC-nin istifadə etdiyi müxtəlif stansiyaların inkişafı ilə bağlı məsələlər, həm Rusiya, həm də Gürcüstan istiqamətində mövcud yollarımızda rabitə və işarə vermə sistemlərinin yenilənməsi kimi məsələlər var”, – dəyə Rəhman Hümmətov bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts