Rəhman Hacıyev: “Qarabağ gecəsi” xeyriyyə konsertindən toplanılacaq vəsait İşğal və Zəfər Muzeyi Kompleksinə yönəldiləcək

Tokio, 09 iyul, /AJMEDIA/

Artıq beşinci dəfədir ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti baş tutur. Ənənə halını alan bu xeyriyyə konsertinin keçirilməsində əsas məqsəd Qarabağın dirçəlişi, orada aparılan bərpa-quruculuq işlərinə dəstək olmaq üçün ianə toplanmasıdır. Odur ki, bu konsertə bilet alan hər kəs işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işlərinə öz dəstəyini göstərir.

AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib. O bildirib ki, əvvəlki illərdə keçirilən konsertlərdən toplanılan vəsait işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən müəyyən bərpa işlərinə artıq yönəldilib.

“Xeyriyyə konsertindən toplanılacaq vəsait Qarabağda İşğal və Zəfər Muzeyi Kompleksinə yönəldiləcək”, – deyə R.Hacıyev əlavə edib. O vurğulayıb ki, ümumilikdə ötən illərdə “Qarabağ gecəsi” xeyriyyə konsertindən 400 mindən artıq vəsait toplanılıb, bu konsertdən də əldə edilən vəsaitin 100 min manat civarında olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts