Qurban bayramı münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

Tokio, 11 iyul , /AJMEDIA/

Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçular şəhid və sağlamlığını itirən döyüşçülərimizin ailələrini ziyarət edib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts