Qızılın qiyməti bahalaşmağa davam edərək tarixi maksimuma yaxınlaşır

Tokio, 17 oktyabr, /AJMEDIA/

Dünyanın mərkəzi banklarının faiz dərəcələrini daha da aşağı salacağı gözləntiləri fonunda qızılın qiyməti artaraq tarixi maksimuma yaxınlaşır.

AJMEDIA xəbər verir ki, “Trading Economics” nəşrinin məlumatına görə, bu gün “Comex” birjasında qızıl fyuçersinin qiyməti 0,2 faiz bahalaşaraq bir unsiya üçün 2696,5 dollara çatıb. Son bir həftə ərzində artım göstəricisi təxminən 2 faiz, ilin əvvəlindən bəri isə 30 faiz təşkil edib.

Analitiklər Federal Ehtiyat Sisteminin builki son iki iclasının hər birində faiz dərəcələrini endirəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, Avropa Mərkəzi Bankının da hər üç əsas faiz dərəcəsini 25 bənd azaldacağı gözlənilir.

Qızılın qiymətinə ABŞ-da prezident seçkiləri ətrafında yaranan qeyri-müəyyənlik və Yaxın Şərqdə davam edən gərginlik də təsir göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts