Qırğızıstan Prezidenti Sadır Japarov Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib

Tokio, 2 sentyabr, /AJMEDIA/

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib.

AJMEDIA xəbər verir ki, Qırğızıstanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə Prezident Sadır Japarov mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb.

Qırğızıstan rəhbəri öz Fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar, müğənni, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts