Qırğızıstan müftiliyi mədrəsənin ələ keçirməsi xəbərini təkzib edir

Tokio, 17 may , /AJMEDIA/

Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi xüsusi əməliyyatın keçirildiyi Dmitriyevka kəndində mədrəsənin ələ keçirilməsi barədə məlumatı təkzib edir.
AJMEDIA Qırğızıstanın KABAR informasiya agentliyinə istinadla xəbər verir ki, müftiliyin məlumatına görə, atışma kənd şurasının binası və qadın mədrəsəsinin yaxınlığında baş verib. Mədrəsənin tələbələri təxliyə edilib, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Agentlik paytaxt Bişkekin yaxınlığında yerləşən kənddə xüsusi əməliyyatın bir qədər əvvəl başa çatdığını bildirib. Əməliyyatın gedişində silahlı terrorçu öldürülüb, güc strukturlarının iki əməkdaşı yaralanıb. Kəndə giriş-çıxış bərpa edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts