Qazaxıstanlı jurnalist: Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir

Tokio, 27 aprel , /AJMEDIA/

Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir. Bu gün Gəncədə raket hücumları nəticəsində zərər görən ərazilərə baş çəkdik. Biz bu hücumlardan məlumatlı idik, lakin yaxından görmək bizə çox pis təsir etdi. Hadisələri yaxından görüb, o insanların şəklinə baxmaq bizi sarsıtdı.
Bu fikirləri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerlərinə baş çəkərkən KazTAQ agentliyinin əməkdaşı Aset Matayev deyib.
“İşğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğunu, o cümlədən qısa müddətdə tikilən Zəfər yolunu gördük. Şuşa şəhərinin tarixi izlərinin bərpası, ümumiyyətlə, bütün quruculuq işləri sürətlə aparılır, sosial infrastruktur yaradılır. Aparılan bu işlərdə biz, həmçinin Azərbaycanda dövlət idarəçiliyinin səmərəli nəticələrini görürük,” – deyə qazaxıstanlı jurnalist bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts