Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Tokio, 3 iyun , /AJMEDIA/

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin inzibati binası ilə tanış olublar.

Qarşılıqlı müzakirələr formatında baş tutmuş ikitərəfli görüş zamanı Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş İdarə rəisi Nazim Rəcəbov tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və bu sahədə mövcud müsbət təcrübə haqqında ətraflı məlumat verilib, habelə görüş çərçivəsində qurumların fəaliyyəti barədə qarşılıqlı məlumat mübadiləsi həyata keçirilib.

Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasına baş çəkən qonaqlara əməkdaşlar üçün yaradılmış şərait və prokurorluğun fəaliyyəti barədə ətraflı məlumat verilib, habelə yeni inzibati binanın 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi ziyarət olunub.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaradıb, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Bundan başqa, nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olaraq Vətən müharibəsində qüdrətli ordumuzun işğalçılardan tərk-silah etdiyi hərbi eksponatlar barədə məlumatlandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts