Qazaxıstanda hakim “Nur Otan” partiyasının adı dəyişdirilir

Tokio, 1 mart , /AJMEDIA/

Martın 1-də parlament Məclisinin spikeri (aşağı palatanın) Yerlan Koşanov partiyanı “Amanat” adlandırmağı təklif edib.

AJMEDIA xəbər verir ki, təklif partiyanın sədri, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən növbədənkənar qurultayda səslənib və ölkə başçısı bu ideyanı dəstəkləyib.

K.J.Tokayev vurğulayıb ki, partiyanın transformasiyası yalnız adının dəyişdirilməsi ilə məhdudlaşmamalı, cəmiyyətin tələblərinə uyğun olaraq tamamilə dəyişdirilməlidir.

Xatırladaq ki, partiya (Otan) 1999-cu ildə yaradılıb. 2000-ci ildə partiyanın “Jas Otan”gənclər qanadı təsis olunub. 2006-cı ildə “Otan” adı dəyişdirilərək “Nur Otan” Xalq-Demokrat Partiyası adlandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts