Qazaxıstanda baş verən yol-nəqliyyat qəzasında altı nəfər ölüb

Tokio, 6 noyabr , /AJMEDIA/

Qazaxıstanın Karaqanda vilayətində minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində altı nəfər həyatını itirib.

AJMEDIA xəbər verir ki, bu barədə vilayətin polis departamentinin mətbuat xidməti məlumat yayıb.

“Alma-Atı – Yekaterinburq trasında “Volkswagen” markalı minik avtomobili ilə “Volvo” markalı yük maşını toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin sürücüsü və beş sərnişini həlak olub”, – deyə məlumatda bildirilir.

Hazırda hadisə yerində istintaq qrupu fəaliyyət göstərir, müvafiq ekspertiza təyin edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts