Tokio, 12 mart , /AJMEDIA/
Qazaxıstanın Baş nazirinin müavini Yeralı Tuqjanov açıq havada tibbi maska taxmaq tələbinin koronavirusla bağlı epidemioloji vəziyyətin sabitləşməsi ilə əlaqədar ləğv edildiyini açıqlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiya məlumat yayıb.
Qazaxıstan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiya ölkədə epidemioloji vəziyyətin sabitləşməsini nəzərə alaraq, “Ashyq” mobil tətbiqinin məcburi istifadəsini, sosial məsafənin saxlanmasına dair tələbləri ləğv etmək barədə qərar qəbul edib.
Xatırladaq ki, hazırda Qazaxıstanın bütün regionları epidemioloji vəziyyətin qiymətləndirilməsinə əsasən, koronavirusun yayılmasına görə “yaşıl” zonaya daxildir.