Tokio, 15 iyul , /AJMEDIA/
Qazaxıstan və Özbəkistan yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq məqsədilə sərbəst ticarət rejiminə keçməyi planlaşdırır.
AJMEDIA xəbər verir ki, bu məsələ Özbəkistan və Qazaxıstan Baş nazirlərinin sədrliyi ilə keçirilən ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 21-ci iclasında müzakirə olunub.
“Üçüncü ölkələrdən idxalın əvəzlənməsi üzrə sistemli işi gücləndirmək və tam sərbəst ticarət rejiminə keçmək lazımdır”, – deyə Özbəkistanın Baş naziri Abdulla Aripovun mətbuat xidmətinin məlumatında bildirilir.