Qazaxıstan COVID-19 testi tələbini ləğv edib

Tokio, 18 fevral, /AJMEDIA/

Qazaxstanda COVID-19-la bağlı karantin tədbirləri yüngülləşdirilib. Koronavirus infeksiyasının Yayılmasının Qarşısının alınması üzrə İdarələrarası Komissiya müəssisələr və əhali üçün məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasını təsdiqləyib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Koronavirus infeksiyası əleyhinə peyvəndin tam kursu və ya revaksinasiyanı keçən, son yoluxma inyeksiya anından 6 ay müddətindən çox keçməyən Qazaxıstan vətəndaşları üçün ölkəyə daxil olarkən məcburi COVID-19 testi tələbi ləğv edilib. Peyvənd pasportlarının qarşılıqlı tanındığı dövlətlərin vətəndaşlarına COVID-19 testi olmadan Qazaxıstana giriş icazəsi verilir.

Bundan başqa, xəstəlik əlamətləri olmadıqda təmasda olanlar üçün evdə karantin şərti də ləğv edilir. Üzgüçülük hovuzları, oyun və gecə klubları, karaoke, sərgilər işinin davam etdirə bilər. Marafon, idman, anım günləri, banket və digər ailə tədbirlərinin, konfransların, forumların, kollektiv ibadət mərasimlərinin və s. keçirilməsinə icazə verilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts