Qazaxıstan bu il neft hasilatını azaltmağı planlaşdırır

Tokio, 5 aprel , /AJMEDIA/

Qazaxıstan bu il neft hasilatını əvvəllər proqnozlaşdırılan 87,5 milyon tondan 85,7 milyon tona qədər azaltmağı nəzərdə tutur.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov məlumat verib.

Qazaxıstanlı nazir bildirib ki, hasilatın azalmasına görə kompensasiya neftin qiymətinin artması hesabına baş verəcək.

Nazir onu da əlavə edib ki, 2022-ci ilin büdcəsində milli valyutanın 1 ABŞ dolları üçün 460 təngə kursu nəzərdə tutulub.

Xatırladaq ki, Qazaxıstanda 2021-ci ildə neft hasilatının həcmi 85,9 milyon ton, 2020-ci ildə neft hasilatı 85,7 milyon ton təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts