Qazaxda qanvermə aksiyası keçirilib

Tokio, 5 aprel , /AJMEDIA/

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

AJMEDIA xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, eləcə də rayon sakinləri iştirak ediblər.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.

Aksiya çərçivəsində qan vermək üçün mərkəzə 557 nəfər müraciət edib və onların 159 nəfərindən qan götürülüb. Eyni zamanda, qanvermə aksiyasından sonra rayon rəhbərliyi xəstəxananın mətbəxinə baxış keçirib, yeməklərin və ərzaqların keyfiyyəti, səliqə-sahmanla maraqlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts