“Qayıdış sevincimizdə payı olan hər kəsə təşəkkür edirəm” – Laçın sakini

Tokio, 20 avqust , /AJMEDIA/

Prezident İlham Əliyevə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət, sağlamlıqlarını itirənlərə sağlıq versin. Biz, bu gün onların sayəsində öz yurdumuza – Laçına qayıdırıq.
AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Laçın sakini Rəfiqə Quliyeva deyib.
Rəfiqə Quliyeva Laçından ayrılanda cavan olduğunu vurğulayıb.
“Laçına qayıtdıqdan sonra imkan olarsa, öz həyətimizi, yaşadığımız yerləri gəzmək istəyirəm. Həmçinin orada yaxınlarımızın məzarlarını ziyarət edəcəyəm. Qayıdış sevincimizdə payı olan hər kəsə təşəkkür edirəm”,- deyə Laçın sakini söyləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts