Qaradağ rayonunda “Şərəfli insan ömrü- Zəfər salnaməsinin başlanğıcı” adlı tədbir keçirilib

Tokio, 8 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, 2023-cü il mayın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzi və Yeni Azərbacan Partiyasının Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Şərəfli insan ömrü – Zəfər salnaməsinin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən abidəsi önünüə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib və Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrın 29-da verdiyi Sərəncamı ilə cari ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb və bildirib ki, bu sərəncama əsasən müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkə daxilində, həm də onun hüdudlarından uzaqlarda geniş qeyd edilir. Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı ilə birlikdə təşkil edilən bu günkü tədbir də həmin yubileyə həsr edilib. Ç.Əliyeva tədbirə təşrif gətirən yüksək qonaqları salamlayıb və onları tədbir iştirakçılarına təqdim edib.
Sonra tədbirdə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarıdır” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən qonaq – Türkiyə Silahlı Qüvvələri Quru qoşunlarının generalı, Türkiyənin Azərbaycandakı səfrliyinin keçmiş hərbi attaşesi, hərbi ekspert Yücel Karayüz Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, hazırda həmin münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır və hər iki qardaş xalqın Ulu öndərləri olan Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ideyaları hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə həyata keüçirilir. Məhz bu qardaşlıq münasibətlərinin nəticəsi özünü 44 gün davam edən İkinci Qarabağ Müharibəsində göstərib. Bu Zəfər yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük qələbəsidir. Təsadüfi deyil ki, bu günlərdə Türkiyədə keçirilən Teknofest festivalında çıxış edən İlham Əliyev iki qardaş ölkə arasında münasibətləri belə xarakterizə edib: “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar bu gün təşkil edilən tədbirdə iştirak burada toplaşanlar üçün böyük şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən cari ilin sonunadək Ümummilli lider Heydər Əliyevin yubileyi dünyanın bütün ölkələrində, o cümlədən Qaradağ rayonu ərazisində geniş qeyd olunacaq. Q.Əliyev qeyd edib ki, bu yubiley xüsusən bizim gənclərimiz üçün Heydər Əliyev irsinin dərindən öyrənilməsinə əlverişli şərait yaradır. Bu irsi öyrənmək, həmçinin müasir Azərbaycan dövlətinin son əlli illik tarixini öyrənmək deməkdir. Çünki bu tarixin hər bir səhifəsi Ümmilli liderimizin gərgin əməyi, böyük zəhməti və əvəzedilməz dühası ilə yaradılıb. Ulu öndər Heydər Əliyev keçmiş Sovet hakimiyyəti illərində ömrünün təqribən 20 ilini respublikamızın çiçəklənməsinə, müstəqillik dönəmində isə həyatının 10 ilini üçüncü respublikanın dirçəlməsinə və inkişafına həsr edib. Sonrakı 20 ildə isə Azərbaycana Ümummili lider Heydər Əliyevin ən layiqli davamçısı, hazırkı Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərlik edib. Bu gün Heydər Əliyev ideyaları məhz İlham Əliyevin uğurlu və cəsarətli addımları, islahatları nəticəsində Azərbaycanda reallığa çevrilir.
Qafar Əliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan üçün Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qolun Fransa, Corc Vaşinqtonun ABŞ üçün oynadığı rol qədər böyük əhəmiyyətli işlər görüb.
Daha sonra tədbirdə çıxış edənlər: Qaradağ raron İcra Hakimiyyətinin başçısının müavini Təranə ismayılova, Milli Məclisin deputatlarıı Aydın Hüseynov və Səbinə Xasayeva, Bakı Dövlət Universitetinin professoru Ələmdar Paşayev və başqalrı Ulu Öndərin yeni Azərbaycanın parlaq gələcəyi üçün lazım olan bütün işləri gördüyünü, Azərbaycan dövlətini xaosdan və parçalanmadan xilas edərək hərtərəfli inkişaf yoluna çıxardığını, müəllifi olduğu yeni neft strategiyanın ölkəmizi regionun lider dövlətinə çevirdiyini, Vətən müharibəsində əldə edilən böyük Zəfərin təməlinin məhz onun tərəfindən qoyulduğunu vurğulayıblar. Həmin xəttin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.
Tədbir xanəndə, Azərbaycan Respublikasının Əməkdar Artisti Firuz Səxavətin ifasında muğam konseri ilə davam edib.
Qaradağ rayonunda yerləşən 288 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Zəhra Hüseynzadənin bədii qiraət etdiyi “Ulu öndər” şeiri alqışlarla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts