Qaradağ rayonunda Beynəlxalq Gənclər Günü qeyd olundu

Tokio, 11 avqust , /AJMEDIA/

AJMEDIA xəbər verir ki,Qaradağ rayonunda Beynəlxalq Gənclər Günü qeyd olundu
Avqustun 11-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Azərbaycan gəncliyi müasir dövrdə” mövzusunda dəyirmi masa küçirilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektorunun Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı ilə birgə təşkil etdiyi tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyəti başçısının müavini Təranə İsmayılova, rayon ərazisində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dəyirmi masanı açıq elan edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov bildirib ki, Azərbaycan gənclər və idman siyasəti sahəsində bir çox ölkələri qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. E.Abbasov xatırladıb ki, bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Ölkəmizdə gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi qeyd edən idarə rəisi, məhz bunun nəticəsində Azərbaycan gənclərinin böyük uğurlara imza atdığını bildirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev gənclərimizin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, beş dövlət Proqramının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.
Qafar Əliyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edib. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını xeyli artırıb.
Dövlətimizin başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
YAP rayon təşkilatının sədri vurğulayıb ki, bu gün Ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Azərbaycan dövlətinin gənclər siyasətini həmişə prioritet məsələ kimi qəbul etdiyini və bu yönümdə həyata keçirdiyi əməli işləri iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki, dövlət gənclər siyasətini məqsədyönlü şəkildə həyata keçirmək və eyni zamanda Azərbaycan gəncinin dünyaya inteqrasiyasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və mərhələli şəkildə “Azərbaycan gəncliyi Dövlət Prоqramları” haqqında sərəncamlar imzalanmışdır.
Dəyirmi masada çıxış edən gənclər: Ayan Hacıquluzadə, Aysel Yunuszadə və digərləri Azərbaycan gəncliyinə göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasına qəbul edilən gənclərə partiya vəsiqələri təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts