Tokio, 15 yanvar , /AJMEDIA/
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi rəsmiləşib.
AJMEDIA xəbər verir ki, futbolçu yeni komandası ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.
Braziliyalı yarımmüdafiəçi Ağdam klubunda olduğu kimi, 20 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.