Site icon AJMEDIA Azərbaycanca

“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

Tokio, 12 aprel , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında keçiriləcək “Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbulu davam edir. Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.

Muzeydən AJMEDIA-ya bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək nargiz.aliyeva.52@mail.ru və behmen_76@mail.ru ünvanlarına göndərilməlidir.

Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.

Exit mobile version