“Qarabağ”ın keçmiş hücumçusu: Qurban Qurbanov həlledici oyunlarda ağıllı qərarlar verir

Tokio, 12 dekabr , /AJMEDIA/

“Düşünürəm ki, “Qarabağ” Avropa Liqasında yoluna davam edəcək”.

Bu sözləri AJMEDIA-ya açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda İsveç “Hekken”i ilə keçirəcəyi oyun barədə danışarkən deyib.

38 yaşlı veteran hücumçu keçmiş komandasının güclü heyətə malik olduğunu bildirib: “Qurban Qurbanov bu cür vacib oyunlarda ağıllı qərarlar verir. “Hekken”lə oyuna da yaxşı heyət çıxaracaq. “Qarabağ”ın Almaniyada “Bayer”lə, Norveçdə isə “Molde” ilə oyunlarına baxmışam. Yaxşı oyun sərgiləmişdilər. Avrokuboklarda hara kimi gedəcəklərini zaman göstərəcək. Ağdam təmsilçisinin yaxşı heyəti var və mən sabiq komandamın çıxışını bəyənirəm”.

D.Dias Ağdam klubunda unuda bilmədiyi oyunu və vurduğu qolu da xatırlayıb: “2014-cü ildə Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Avstriya “Zaltsburq”una qarşı matçı hələ də çox yaxşı xatırlayıram. Rəqibin heyətində Sadio Mane, Conatan Soriano və Andre Ramalyo kimi futbolçulara qarşı oynadım. O görüşdə yaxşı mübarizə aparmışdıq. Reynaldo və mən fərqlənmişdik. Stadiondakı atmosfer inanılmaz idi. Həmin gecə ilə bağlı gözəl xatirələrim var”.

Qeyd edək ki, Danilo Dias “Qarabağ”da 2014-2015-ci illər mövsümündə çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts