Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı – Türkiyə Prezidentinin mətbuat katibi

Tokio, 27 dekabr, /AJMEDIA/

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

“Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts