“Qarabağın dağıdılmış məbədləri: Erməni vandalizminin ifşası” filmi yapon dilinə tərcümə ediləcək

Tokio, 23 yanvar , /AJMEDIA/

Yaponiyanın “Ajmedia News Portal”ı Azərbaycan Rus İcmasının sədrinin müavini, tanınmış teleaparıcı Anastasiya Lavrina ilə yapon və ingilis dillərində müsahibə dərc edib. A.Lavrina bu müsahibədə ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdiyi vandalizm nəticəsində çoxsaylı məbədlərin və məscidlərin, mədəniyyət abidələrinin məhv edilməsi barədə ətraflı söhbət açıb.
Anastasiya Lavrina bu yaxınlarda CBC telekanalında nümayiş etdirilmiş “Qarabağın dağıdılmış məbədləri: Erməni vandalizminin ifşası” filminə istinad edərək, ermənilərin Cənubi Qafqaza köçürülməsi mövzusuna da toxunub, vurğulayıb ki, bu köçürülmə sonradan Azərbaycan və Qafqaz Albaniyası irsinin məhv edilməsinə səbəb olub.
Azərbaycanın etnik rus vətəndaşı olmasını vurğulayan Lavrina qeyd edib ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda bütün konfessiyaların nümayəndələrinin çiyin-çiyinə necə vuruşduqlarını özü görüb. O, çəkdiyi filmin məqsədi barədə sualın cavabında deyib: “Mən öz ölkəmdə mövcud olan unikal tolerantlıq modeli və multikulturalizmin yüksək səviyyəsi barədə bütün dünyaya söhbət açmaq istəyirəm. Rəşadətli Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında şanlı qələbə qazandı, indi isə informasiya müharibəsində qalib gəlmək lazımdır”.
Anastasiya Lavrinanın sözlərinə görə, bir mühüm yenilik də ondan ibarətdir ki, Yaponiyada fəaliyyət göstərən “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi” adlı diaspor təşkilatı bu filmi yapon dilinə tərcümə etməyi və Yaponiyada yaymağı təklif edib. A.Lavrina deyib: “Mənim birinci filmim bir neçə dilə tərcümə edilib və müxtəlif ölkələrdə təqdim olunub. Bu, Azərbaycan haqqında həqiqətin Asiya ölkələrinin sakinlərinə çatdırılması prosesində çox maraqlı və mühüm hadisədir. Bu məsələ üzərində ciddi işləyəcəyik”.
Telejurnalist Yaponiya mediası ilə əməkdaşlıq haqqında sualın cavabında Azərbaycanla Yaponiyanın münasibətlərinin ümumiyyətlə yaxşı olmasını qeyd edib: “Hiroşimanın dirçəldilməsi və sonrakı inkişafı, habelə bu şəhərin qlobal iqtisadiyyata inteqrasiyası sahəsində Yaponiyanın təcrübəsi Azərbaycan üçün çox faydalı olacaq. Çoxillik erməni işğalından azad edilmiş, “Qafqazın Hiroşiması” adlanan Ağdam şəhəri də Hiroşima kimi regionda davamlı sülhə nail olmaq istəyinin rəmzinə çevrilə bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts