Qarabağda uğurla başa çatdırılmış antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə tam və qəti qələbəsidir

Tokio, 21 sentyabr , /AJMEDIA/

Müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı lokal antiterror əməliyyatı ölkəmizin Konstitusiyasına və beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni separatçı hərbi birləşmələrinin qalib Ordumuz tərəfindən tərksilah edilməsi və silah-sursatlarını təhvil verməklə işğaldan azad olunmuş Qarabağ ərazisindən çıxarılması regionda sülhün, sabitliyin və gələcək inkişafın təmin edilməsi istiqamətində atılmış mühüm addımdır.
Qeyd edək ki, qəhrəman Ordumuzun Qarabağda lokal antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərər yetirməmək və yerli erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi tədbirlər, yalnız separatçı hərbiçlərə və hərbi obyektlərə zərbələr vurması bütün dünyaya Azərbaycan dövlətinin yüksək humanizmini bir daha ildə nümayiş etdirdi.
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti xalqımızın şəksiz liderinin Müzəffər Ali Baş Komandan kimi qazandığı növbəti parlaq Zəfərin şərəfli dərslərinin möhtəşəm nümyaişidir. Qarabağ Zəfərindən sonra bu qədim Azərbaycan torpağında böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə daha bir təkrarsız böyük Qələbə yaşatdı. Deyə bilərik ki, Qarabağda antiterror tədbirlərinin cəmi bir gün ərzində bütün hədəflər üzrə reallaşdırılması və uğurla başa çatdırılması Azərbaycan və dünya hərb tarixinin nadir nümunəsidir.
Azərbaycan xalqı əmindir ki, həyata keçirilən leqal antiterror tədbirlərindən sonra sentyabrın 21-də Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə aparılan müzakirələr də Prezident İlham Əliyevin sülhsevər diplomatiyasının daha bir təntənəsi hesab edilməlidir. Ümumiyyətlə, Qarabağda uğurla başa çatdırılmış aniterror əməliyyatı regiona və bütün dünyaya yeni reallıqların gətirildiyini bir daha təsdiq edir. Məhz bu böyük və mühüm hərbi-tarixi hadisə ilə Azərbaycan Prezidenti İlham Əliyev düşmən üzərində ölkəmizin tam və qəti Qələbəsini təmin etdi və ərazi bütövlüyümüzü bərpa etdi. Artıq Ermənistanla sülh müqaviləsinin imzalanmasının, Avropa və Asiya arasında əhəmiyyətli bir körpü funksiyasını yerinə yetirəcək Zəngəzur dəhlizi məsələsinin həll edilməsinin vaxtı çatdığı da aydın oldu.
Əlavə edək ki, lokar antiterror əməliyyatında qısa müddətdə əldə edilən bu tarixi Qələbə Böyük Qayıdışın hərbi-siyasi təminatı kimi də mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqıvə diaspor fəalları Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni tarixin obyektiv mahiyyətini və əhəmiyyətini dərindən dərk edir və bu yolda hər bir fədəkarlığa hazırdır.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts