Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında nəşr Londonda kitabxanaya hədiyyə edilib

Tokio, 3 mart , /AJMEDIA/

“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı kitab London Universitet Kollecinin kitabxanasına hədiyyə edilib.

AJMEDIA xəbər verir ki, təşəbbüs Dövlət Proqramı çərçivəsində həmin universitetdə təhsil alan magistrant Murad Ağayev tərəfindən irəli sürülüb.

O qeyd edib ki, bununla da universitetdə təhsil alan ingilis, həmçinin xarici tələbələr Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşada və bütün Qarabağ bölgəsində Azərbaycanın qədim mədəni irsi haqqında geniş məlumat ala biləcəklər.

Qeyd edək ki, “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı kitab Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts