Qarabağ Universitetinə rektor təyin olunub

Tokio, 21 may , /AJMEDIA/

Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

AJMEDIA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts