“Qarabağ” klubu tanınmış idman institutu ilə əməkdaşlığa başlayıb

Tokio, 22 noyabr , /AJMEDIA/

“Qarabağ” futbol klubu ilə Yohan Kroyf İnstitutu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Klubun mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Ağdam təmsilçisinin Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev, eləcə də PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov tanınmış institutda təhsil alacaqlar.

Müqavilə şərtlərinə əsasən, komandanın əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini, təhsillərini artırmaq imkanı əldə edəcəklər.

Xatırladaq ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də Yohan Kroyf İnstitutunda təhsilini davam etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts