Tokio, 6 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, “Qarabağ” futbolçuları qələbə sevincini Höteborqdakı Azərbaycan icması ilə bölüşüb
İsveçin Höteborq şəhərində yaşayan Azərbaycan icması UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken” klubu ilə qarşılaşan Ağdamın “Qarabağ” futbol klubuna böyük azarkeş dəstəyi göstərib.
Azərbaycan bayraqlarını stadionda dalğalandıran soydaşlarımız oyun ərzində “Azərbaycan!”, “Qarabağ!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” və digər şüarları səsləndiriblər.
“Qarabağ”ın rəqib komandanın qapısına qol vurması Azərbaycan icmasnın böyük sevinci və coşğusu ilə qarşılanıb. Oyundan sonra “Qarabağ” futbolçuları stadiondakı soydaşlarımızın qarşısına gələrək, onlarla birlikdə qələbənin sevincini bölüşüblər.
Xatırladaq ki, bu görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağdam təmsilçisi qrupda ardıcıl ikinci qələbəsini qazanıb.