“Qarabağ” – “Braqa”: Ağdam klubunun səkkiz futbolçusu vaxtilə Portuqaliyada oynayıb – ARAŞDIRMA

Tokio, 19 dekabr , /AJMEDIA/

Ötən gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq.

AJMEDIA xəbər verir ki, 2024-cü ilin fevral ayında baş tutacaq matçla bağlı bəzi diqqətçəkən və maraqlı məqamlar var.

Hazırda Ağdam təmsilçisinin formasını geyinən legionerlərdən səkkizi vaxtilə Portuqaliya çempionatında çıxış edib. Riçard Almeyda, Kevin Medina, Patrik Andrade, Julio Romao, Leandro Andrade, Juninyo Olavio, Hamidu Keyta və Mateus Silva müxtəlif illərdə sözügedən liqada top qovublar.

“Qarabağ” ikinci dəfə rəsmi oyunlarda Portuqaliya təmsilçisi ilə üz-üzə gələcək. “Köhlən atlar” bundan əvvəl 2018-2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsində “Sportinq” komandası ilə qarşılaşıb və hər iki matçda rəqibinə uduzub – 0:2, 1:6. “Braqa” isə tarixində ilk dəfə avrokuboklarda Azərbaycan klubuna rəqib olub.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts