Qarabağ bölgəsində kustar üsullarla hazırlanmış atəş qurğuları aşkarlanıb

Tokio, 30 oktyabr , /AJMEDIA/

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazırlanıb.

Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsafəyə atəş açmaq imkanına malikdir.

Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts