“Qara pantera 2” filminin treyleri yayımlanıb

Tokio, 25 iyul , /AJMEDIA/

“Marvel” studiyası “Qara pantera 2” filminin tizer-treylerini təqdim edib.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, “Qara pantera 2” filmində izləyicilər 2020-ci ildə vəfat edən baş rol ifaçısı Çedvik Bouzmanın yerinə yeni aktyor görəcəklər. Filmin geri dönməyən başqa bir aktyoru da Daniel Kaluyadır. Aktyor etiraf edib ki, ekran əsərinin ikinci hissəsinin çəkiliş cədvəllərindən razı qalmadığı üçün filmin çəkilişlərindən imtina edib.
Qeyd edək ki, ilk əsas bölümü 2018-ci ilin fevralında təqdim olunan Afrikanın Vakanda bölgəsində baş verən hadisələrdən bəhs edən “Qara pantera” filminin ilk bölümü kassa gəliri üzrə uğurlu nəticə göstərərək 1,3 milyard dollardan çox gəlir əldə edib. Ekran əsərinin ikinci bölümünün premyera tarixi hələ təsdiqlənməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts