Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb

Tokio, 5 aprel , /AJMEDIA/

Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb.

AJMEDIA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Bu gün axşam Qəzza zolağından İsrailə 9 raket atılıb. Onlardan dördü “Dəmir Günbəz” tərəfindən dəf edilib. İkinci həyəcan siqnalından sonra Qəzza zolağından daha dörd raket atılıb və açıq ərazilərə düşüb”, – deyə qeyd olunub.

“KAN” telekanalı onu da bildirib ki, dəf edilməyən bir raket Sderot şəhərinin sənaye zonasında yerləşən fabrikə düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts