Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq- Şamil Ayrım

Tokio, 5 fevral , /AJMEDIA/

Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq.

AJMEDIA-nın məlumatına görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər hər gün daha da möhkəmlənir. Türkiyə ilə Azərbaycan dövlət başçıları və xalqları arasında birlik bütün dünyaya örnəkdir.

“Necə ki, Azərbaycan Qarabağ məsələsində qələbə qazandı, Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq. Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, güclü bir Azərbaycan var və Azərbaycanın yanında da qardaşı Türkiyə var. Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsi çəkdi. Bu yol xəritəsinə uyğun olaraq işlərimizi davam etdirirk”, – deyə Ş.Ayrım qeyd edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts