Qərbi Azərbaycan İcması Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına münasibət bildirib

Tokio, 22 oktyabr , /AJMEDIA/

Qərbi Azərbaycan İcması Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına münasibət bildirib.

Bu barədə AJMEDIA-ya İcmadan məlumat verilib.

Məlumatda qeyd olunub: “Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yenə də bir sıra azərbaycanofob və gülünc açıqlamalar vermişdir.

Hiss olunur ki, A.Tatoyan və onun təfəkkürdə olanlar Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə qarşı heç bir zorakılığın, mənfi rəftarın olmamasından yaman pəjmürdə olublar. Onlar heç cür özlərinin yalançı “soyqırımı”, “etnik təmizləmə” iddialarını sübut edə bilmir, hiddətlənir və bir-birinin ardınca mənasız fikirlər səsləndirirlər.

A.Tatoyan və onun kimi daşnak düşüncəli şəxslərin Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edən fikirləri də tamamilə əsassızdır. Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. İcmanın işi sırf insan hüquqları və humanitar mahiyyətli olmaqla, qərbi azərbaycanlıların dinc şəkildə öz dədə-baba yurdlarına qayıtmasından və Azərbaycan xalqının Ermənistandakı tarixi və mədəni irsinin məhv edilməsinin qarşısını almaqdan ibarətdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts