Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb

Tokio, 8 iyun , /AJMEDIA/

Son günlər Ermənistan hökuməti və parlament rəhbərliyi Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn bəyanatlar verir.

AJMEDIA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin həm beynəlxalq hüququn tələbi olaraq, həm də sülh prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları rədd etmiş və “etnik təmizləmə”, “soyqırımı” kimi qəbulolunmaz ifadələrlə Azərbaycanı ittiham etməyə cəhd göstərib.

Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi daxil olmaqla onların hüquqlarının bərpa edilməsi üçün çalışmalıdır.

Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinin qarşıdurma yolunu seçərək, regionda sülh perspektivlərini qeyri-müəyyən məcraya sürükləməsini pisləyir və dünya ictimaiyyətini Ermənistanın konstruktiv xətt tutması üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts